Sneyder Joze Maurinyonu ağlatdı

Deyəsən bütün dünyada daha çox "dəliqanlı adam" imici qazanmış "Real Madrid"in baş məşqçisi Joze Maurinyo da öz hisslərini büruzə verməyə başlayıb. İndi ona baxan hər kəsin "Joze Maurinyo da ağlayarmış" deməsinə bir əsas var. Siasport.az saytı xəbər verir ki, sən demə FİFA-nın Surixdə keçirdiyi "Qızıl Top Mükafatı" mərasimində dünyanın ən yaxşı 11 futbolçusu sırasına layiq görülən Sneyder insan qəlbini hiddətə gətirən duyğulu çıxışı ilə qaşqabaqlı və hiddətli insan təsiri bagışlayan J.Mourinyonu əməlli-başlı ağladıb. Portuqaliyalı futbol mütəxəssisi göz yaşlarını saxlaya bilməyib. Hətta onun göz yaşlarını saxlamaq üçün əllərini üzünə tutduğu da yayımlanan videoçarxdan aydınca görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə