Qadınlardan ibarət "Azərreyl" klubu "Çelenc Kuboku" yarışının 1/16 final mərhələsi çərçivəsində ilk oyununu keçirir. Siasport.az saytı xəbər verir ki, komandamız Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşır. Oyun \"Sərhədçi\" Olimpiya Mərkəzində keçirilir. Matçı polşalı Maçej Tvardovski və rusiyalı Pavel Anderson idarə edir.
"Çelenc Kuboku", 1/16 final
\"Sərhədçi\" Olimpiya Mərkəzi
Birinci setdə "Azərreyl" rəqibə heç bir
şans verməyərək hissəni qalib tamamladı. Komandamız "Olimpiakos"a hətta 10 top
vurmağa belə imkan vermədi - 7:25.
İkinci setdə də aşkar üstün olan qızlarımız asan qələbə qazandılar. Bütün hallarda rəqibdən güclü olan "Azərreyl" ikinci setdə 15:25 hesabı ilə qalib gəldi.
Üçüncü setdə isə voleybolçu qızlarımız
matçın taleyini həll ediblər - 13:25.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB