Milli komanda qalib gəldi
Bu gün Şağan Olimpiya İdman Kompleksinin stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması MOİK-in nəzdindəki 1997-1998-ci il təvəllüdlü oğlanlardan ibarət komanda ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər veri ki, qarşılaşma 7:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Şəfəq Nəsirovanın 4 qol vurduğu oyunda Olya Şioşvili, Aliyə Vəliyeva və Suğra Xəlilova hərəyə bir dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə