"Lokomotiv" Avstriya klubunu "məhv etdi" - CANLI

"Lokomotiv" Avstriya klubunu "məhv etdi" - CANLI

Azərbaycan təmsilçisi, qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu "Çelenc Kuboku" turnirinin 1/16 final mərhələsi çərçivəsində Avstriyanın "A Linz-Steg" komandası ilə cavab oyunu keçirir. Siasport.az saytı xəbər verir ki, oyun "Sərhədçi" Olimpiya Mərkəzində təşkil olunub. Matçı bolqar İlya Penkov və rus Kiril Nesterenko idarə edir.

Qeyd edək ki, ilk matçda komandamız rəqibə 0:3 hesabı ilə qalib gəlib.

"Çelenc Kuboku" 1/16 final

"Lokomotiv" - "A Linz-Steg" 2:0 (25:8, 25:9, 25:12)

"Sərhədçi" Olimpiya Mərkəzi

Birinci setdə "Lokomotiv" rəqibi məhv etdi desək yanılmarıq. Belə ki, komandamız Avstriya təmsilçisinə göz açmağa imkan vermədi - 25:8.

İkinci set də birincidən fərqli olmadı. Qızlarımız hərtərəfli üstün olduqlarını nümayiş etdirdilər. Həm blokda, həm də hücumda yaxşı oynayan "Lokomotiv" bu setdə 25:9 hesabı ilə qalib gəldi.

Oyunun üçüncü setində də komandamızın qələbə qazanacağı artıq məlum idi. Belə ki, yenə də üstün oyun göstərən "Lokomotiv" bu seti də 25:12 hesabı ilə başa vuraraq Avstriya təmsilçisini ikinci dəfə məğlub etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə