Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adları açıqlanıb FOTOLAR

Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adları açıqlanıb FOTOLAR

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adını açıqlayıb. Əməliyyat Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Bu şəhərdə" teatrının baş prodüseri və rəhbəri Müşviq Abbasov, aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov sentyabr ayında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ulduz səfiri seçiliblər. Əməliyyat Komitəsinə təşəkkür edən ulduz səfirlər etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da təşkil olunacaq. Olimpiada günlərində paytaxtımızda, həm də FİDE konqresinin növbəti iclası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə