"ShamkirChess-2016"nın açılış mərasiminin vaxtı məlum olub

"ShamkirChess-2016"nın açılış mərasiminin vaxtı məlum olub

"Synergy Group" ASC-nin dəstəyi ilə mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2016" super turnirinin açılış mərasiminin vaxtı məlum olub. Turnirin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mötəbər yarışın təntənəli açılış mərasimi mayın 25-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 19:00-da başlayacaq.

Tədbirdə bir sıra nazirliklər, Beynəlxalq Şahmat Federasiyasının (FİDE), mətbuat qurumlarının nümayəndələri və eləcə də şahmat sevərlər iştirak edəcək. Açılışdan sonra turnirin püşkatma mərasimi baş tutacaq.

Xatırladaq ki, "ShamkirChess-2016" super turniri ardıcıl üçüncü dəfə təşkil olunur. Super turnirdə dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), eləcə də qrossmeysterlərdən Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Hou Yifan (Çin), Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov mübarizə aparacaqlar.

İlk tur mayın 26-da start götürəcək. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə