"Baku Fires" boks klubu yanvarın 15-də səfərdə Çinin "Beijing Dragons" komandası ilə üz-üzə gələcək. Siasport.az saytı xəbər verir ki, əsasnaməyə uyğun olaraq, görüşün başlamasına 3 gün qalmış hər iki komanda heyətlərini açıqlayıb.
54 kq – He Zhivei (Beijing
Dragons) – Nayambayar Tuqsoqot (Baku
Fires)
61 kq – Vanq Zhimin – Koba
Pxakadze
73 kq – Jiao Xuezhi –
Soltan Migitinov
85 kq – Assane Faye –
Rizvan Əlimuradov
91+kq – Avusone Yekeni –
Beka Lobjanidze
Komandamızın heyətində
monqolustanlı Nayambayar Tuqsoqot və Rizvan Əlimuradov WSB liqasında debüt edəcək.
Monqolustan boksçusu 2009-cu ildə
Milanda keçirilmiş son Dünya çempionatının gümüş mükafatçısıdır. Nayambayardan
başqa, Koba Pxakadze və Beka Lobjanidze də legioner qismində rinqə çıxacaq. Hər
iki boksçu Gürcüstan milli komandasının üzvüdür. Pxakadze Dünya çempionatının
bürünc mükafatçısıdır. "Beijing Dragons"un heyətində isə Faye Seneqal, Yekeni
isə Qana vətəndaşıdır. 5 görüşdən sonra 100 faizlik nəticə göstərən "Baku
Fires" qrupun vahid lideridir – 17 xal. Qrupun autsayderi olan Çin klubunun
aktivində cəmi 3 xal var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB