Bakıda keçirilək Formula-1 üzrə Avropa Qran Prisi üçün aparılan hazırlıq işləri son mərhələyə qədəm qoyub. SİA-nın məlumatına görə, yarışın təşkilati və tikinti işləri ilə yanaşı, könüllülərin də hazırlığı davam edir. Artıq 5 mindən çox könüllü təlimlərin birinci mərhələsini uğurla başa vuraraq, növbəti mərhələyə keçib.
Hazırda könüllülər üçün ikinci istiqamət üzrə təlimlər uğurla davam etdirilir. Bu gün Azərbaycanda Formula-1 üzrə Avropa Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Könüllülər mərkəzində növbəti təlimlər keçirilib. Təlimlərdə çox sayda könüllülər iştirak ediblər. Onlara müxtəlif mövzular ətrafında məlumatlar verilib və fikir mübadiləsi aparılıb.
Könüllülərə şəhər əməliyyatları üzrə komandanın əsas rolları - tamaşaçılara məlumatın verilməsi və istiqamətin göstərilməsi, məlumat mərkəzlərinin (İnfo Point) dolğun informasiya verməsinə nəzarət, məlumat mərkəzi əməliyyatlarına yalnız uşaq arabalarının saxlanması, xüsusi ehtiyacı olan şəxlərlə iş, doğru məkana girişə yardım, güc strukturlarının işinə nəzarət və yardım və digər mövzular haqqında ətraflı məlumat verilib.
BŞH-nin təlim üzrə koordinatoru və könüllülərin təlimlərinin təşkilatçısı Sevinc Cəfərova SİA-ya açıqlamasında bildirib ki, könüllülərin təlimləri 3 istiqamət üzrə keçirilir: "Könüllülər üçün ümumi, rol və məkan üzrə təlimlər təşkil olunur. Artıq birinci mərhələdən 5 mindən çox könüllü keçib. Onlar hazırda rol üzrə təlimlərdə iştirak edirlər. Bu təlimlər yekunlaşdıqdan sonra məkan üzrə təlimlər başlayacaq. Məkan üzrə təlimlər Bulvar boyunca keçiriləcək. Təlimlərdə məkan, fövqəladə hallar haqqında məlumat veriləcək. Onlar işləyəcəyi yerlərlə yaxından tanış olacaqlar. Könüllülər yalnız Bulvarda deyil, müxtəlif otellərdə və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da çalışacaqlar".
S.Cəfərova qeyd edib ki, könüllülər yarışlar zamanı istiqamətlərin göstərilməsi, qeydiyyatın aparılması, azarkeşlərə informasiyaların verilməsi, biletlərin yoxlanılması və s. işlərlə məşğul olacaqlar. Vurğulayıb ki, könüllü marşallara isə təlimləri birbaşa olaraq Beynəlxalq Avtomobil Federasiyası təşkil edir.
Xatırladaq ki, Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisi iyunun 17-dən 19-dək davam edəcək.
Elgün Vidadioğlu
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB