Qadın voleybolçulardan ibarət Azərbaycanın "İqtisadçı" klubu "Çelenc Kuboku" turnirinin 1/16 final mərhələsinin ilk oyununu keçirir. Siasport.az saytı xəbər verir ki, komandamız Serbiyanın "Tent" klubu ilə qarşılaşır. Oyun "Sərhədçi" Olimpiya Mərkəzində təşkil olunub. Matçı Andrey Kovalçuk (Ukrayna), Sərdar Nisançıoğlu idarə edirlər.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması sabah yenə "Sərhədçi" Olimpiya Mərkəzində təşkil olunacaq.
"Çelenc Kuboku"
14:00. "Tent" (Serbiya) – "İqtisadçı" (Azərbaycan) 0:3 (15:25, 15:25, 15:25)
"Sərhədçi" Olimpiya Mərkəzi.
Birinci set komandamızın açıq üstünlüyü ilə yekunlaşdı. "İqtisadçı" Serbiya klubuna əsl voleybol dərsi keçdi. Belə ki, ilk set 15:25 hesabı ilə iqtisadçıların xeyrinə başa çatdı.
İkinci setdə də "İqtisadçı" 10 top üstün oldu. Komandamız həm blokda, həm də hücumda gözəl oyun nümayiş etdirdi.
"İqtisadçı" üçüncü setdə də rəqibə 15-dən yuxarı çıxmağa icazə vermədi. Belə ki, qızlarımız "Tent"i yenə də 15:25 hesabı ilə məğlub etdi - 0:3
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB