Kristof Daum “Hamburq” yolunda...

Kristof Daum “Hamburq” yolunda...

Türkiyənin "Fənərbaxça" futbol klubunun keçmiş baş məşqçisi Kristof Daum deyəsən artıq işsiz günləri ilə vidalaşacaq. Siasport.az saytı xəbər verir ki, alman mətbuatı K.Daumun Bundesliga komandalarından olan "Hamburq"la danışıqlar apardıgı barədə məlumatlar dərc edirlər. "Kölner Express" qəzeti, "Hamburq"un prezidenti Bernd Hoffmanın, \'\'İdman mənasında daha çox bacarıqlı mütəxəssisə ehtiyacımız var\'\' ifadələrinə yer verərək alman klubunun K.Daum ilə gizli danışıqlar apardıgı barədə xəbər verir. K.Daumun bu barədə danışmaqdan imtina etməsini sadəcə danışıqları pozmamaq üçün edilən bir jest kimi qiymətləndirən qəzet yazır ki, "Hamburq" rəhbərliyi komandanın Bundesliqadakı müvəfəqqiyətsiz çıxışlarının daha böyük problemlərə səbəb olacaqından ehtiyat edərək hazırkı baş məşqçi Armin Vehlə yollarını ayırmaga qərar verib. Baş məşqçi postuna əsas namizəd isə K.Daumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə