Yıldırım Dəmirörən “Türkiyənin Abramoviçi”dir

Yıldırım Dəmirörən “Türkiyənin Abramoviçi”dir

"Beşiktaş"ın prezidenti Yıldırım Dəmirörənin Avropanın bir sıra ulduz futbolçuları "qara qartal"a transfer etməsi İspaniya mətbuatında da ciddi müzakirə mövzusuna çevrilib. Siasport.az saytı xəbər verir ki, bu ölkədə nəşr olunan "La Provensya"nın xəbərində Dəmirörənin şəxsi biznesindən gələn gəliri futbola yatırması barədə məlumat verilir. Qəzetdə həmçinin Portuqaliyada \"Türkiyənin Abramoviçi\" olaraq adlandırılan Y.Dəmirörənin son vaxtlar "Beşiktaş"ın ulduz transferləri üçün astronomik miqdarda pullar xərcləməsi xüsusi olaraq qeyd olunur. Bundan başqa "La Provensya" qəzeti, "Beşiktaş" prezidenti ilə bağlı yazıya \"Qazdan gələn futbola axır\" başlığını qoyaraq Y.Dəmirörənin Türkiyənin ən zəngin ailələrindən biri olduğunu diqqətə çəkib. Qəzet həmçinin onun "Beşiktaş" sevgisinin istənilən miqdardakı astronomik məbləği gözünü qırpmadan bu komandaya xərcləməyə yetdiyini də qeyd edib. Xəbərdə həmçinin Y.Dəmirörənin bütün bu transferləri \"Beşiktaş"ı Avropada böyük kluba çevirmək istəyirəm\" iddiası ilə reallaşdırdığını da yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə