"Mən qış fasiləsində transferə çıxarılmışdım. Baş məşqçimiz Arif Əsədov yığmaya namizəd futbolçulardan biri olduğum üçün, daha çox oynaya biləcəyim komandaya keçməyimi istəyirdi". Siasport.az saytı xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında "Neftçi"nin müdafiəçi Ruslan Əmircanov klubun rəsmi saytına deyib: O, klub rəhbərliyi və baş məşqçi ilə söhbət etdiyini, onlardan bir daha şans vermələrini xahiş etdiyini qeyd edib: "Sağ olsunlar, məni anlayışla qarşıladılar, etimad göstərib klubda saxladılar. İnanın, özümü "Neftçi"dən başqa heç yerdə təsəvvür edə bilmirəm. Sanki uzun illərdir bu komandanın şərəfini qoruyuram. İkiqat əzmlə məşq edib, əsas heyətdə meydana çıxmaq üçün çalışacağam. Flaqmanın heyətində yüksək səviyyədə rəqabət var. Baş məşqçimiz məşqdə ən yaxşı tərəfdən özünü göstərənlərə hər zaman şans verir. Çalışıb, onun etimadını doğruldacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB