Tahir Süleymanov: \"Mehmet Akın işi baş məşqçi Arif Əsədovu da qane edir\"
\"Neftçi\" klubunun prezidenti Sadıq
Sadıqovun tapşırığı ilə komandamızın Antalyada yüksək səviyyədə təlim-məşq
toplanışı keçməsi üçün hər cür şərait yaradılıb". Siasport.az saytı xəbər verir
ki, bu sözləri "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov klubun rəsmi
saytına açıqlamasında deyib. O, \"Neftçi\"nin Antalyada hazırlıq
prosesinin iki mərhələdən ibarət olacağını qeyd edib: "İlk mərhələdə əsasən
fiziki hazırlıq proseslərinə diqqət yetiriləcək və 1 yoxlama görüşü
keçirəcəyik. Yanvarın 19-da Rusiyanın \"Rubin\" klubu ilə yoldaşlıq
görüşü keçriməyi planlaşdırmışıq. Yanvarın 24-dən Antalyada davam edəcək ikinci
hazırlıq prosesində 4 görüşün keçirilməsini nəzərdə tutmuşuq. Əsas məqsədimiz
çempionatın qalan hissəsinə yüksək səviyyədə hazırlaşaraq, bu mövsüm
\"Neftçi\"sevərlərə çempionluq sevinci yaşatmaqdır\".
Tahir Süleymanov həmçinin, komandanın düşərgəsinə
yeni qoşulan fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak barədə də fikirlərini
bildirib.
\"Artıq iki gündür ki, türkiyəli mütəxəssis
komandamızın düşərgəsindədir və məşqlərdə də yaxından iştirak edir. Mehmet Akın
işi baş məşqçi Arif Əsədovu da qane edir. Fikrimcə, \"Neftçi\"nin
gələcək uğurlarında da Mehmet Akın əməyi olacaq. Onunla müzakirələr aparmışıq
və yaxın günlərdə Mehmet Akla müqavilə imzalanacaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB