Ronaldinyo “Flamenqo” ilə 4 illik müqavilə imzaladı

Ronaldinyo “Flamenqo” ilə 4 illik müqavilə imzaladı

Artıq dünya futbol mətbuatı üçün Ronaldinyo bilməcəsi bitdi. Siasport.az saytı xəbər verir ki, Dünyanın ən yaxşı futbolçusu kimi neçə illərdir ki, şan-şöhrət qazanan braziliyalı ulduz futbolçu nəhayət ki, "Milan"dan ayrıldıqdan sonra hansı komandada oynayacağına konkret qərar verdi. Braziliyaya dönmək qərarı verən Ronaldinyo, doğma vətənində "Flaminqo" klubunda futbol həyatına davam edəcək. İtaliya klubu ilə yollarını ayıran Ronaldinyo son bir həftə idi ki, öz vətənində futbol həyatına başladığı "Gremio" və "Palmeiras" klubları ilə də transfer danışıqları aparırdı. Artıq dünəndən məlum olub ki, Ronaldinyo bundan sonra Braziliyanın "Flamenqo" klubunda forma geyinəcək. Braziliya klubunun rəsmi internet saytında ulduz futbolçu ilə 4 illik müqavilə imzalandığı barədə rəsmi məlumat yerləşdirilib. 2001-ci ildə "Gremio"dan, Fransanın PSJ futbol klubuna transfer olunaraq Avropa macərasına başlayan Ronaldinyo bundan cəmi 2 mövsüm sonra "Barselona" forması geyinməyə başlayıb. Braziliyalı ulduz son futbol həyatını "Milan"da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə