“İqtisadçı” \"Tent\"lə üz-üzə

“İqtisadçı” \"Tent\"lə üz-üzə

Xəbər verdiyimiz kimi, qadın voleybolçulardan ibarət komandalar arasında "Çelenc Kuboku" turnirinin ilk oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Azərbaycanın "İqtisadçı" klubu Serbiyanın "Tent" komandası ilə qarşılaşacaq. Oyun bu gün saat 14:00-da "Sərhədçi" Olimpiya Mərkəzində baş tutacaq. Matçı Andrey Kovalçuk (Ukrayna), Sərdar Nisançıoğlu idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması sabah yenə "Sərhədçi" Olimpiya Mərkəzində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə