Azərbaycan təmsilçisi, qadın
voleybolçulardan ibarət "Lokomotiv" klubu "Çelenc Kuboku" turnirinin 1/16 final
mərhələsi çərçivəsində cavab oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki,
komandamız bu gün Avstriyanın "A Linz-Steg" klubunu qəbul edəcək. Oyun saat
16:30-da "Sərhədçi" Olimpiya Mərkəzində təşkil olunacaq. Matçı bolqar İlya
Penkov və rus Kiril Nesterenko idarə
edəcək.
Qeyd edək ki, ilk matçda komandamız rəqibə
0:3 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB