Kazım Kazım “Fənərbaxça”nı topa tutdu!

Kazım Kazım “Fənərbaxça”nı topa tutdu!

"Qalatasaray"ın "Fənərbaxça"dan transfer etdiyi Kazım Kazım dünən Türkiyə kuboku çərçivəsində oynanılan "Beypazarı Şəkərspor" qarşılaşmasından sonra meydanda sərgilədiyi gözəl oyunu ilə yanaşı, bir sıra açıqlamaları ilə də gündəmə gəlib. Sabiq "Fənərbaxça"lı "sarı-lacivərdliləri" əsəbiləşdirəcək açıqlamalar verib. "Beypazarı Şəkərspor"un qapısına atdığı qoldan sonra əynindəki "Qalatasaray" formasını öpməsinə münasibət bildirən K.Kazım bildirib ki, "Fənərbaxça"da oynadığı zaman heç vaxt bu komandanın formasına belə münasibət göstərməyib. Artıq "Qalatasaray"ın onun üçün tam bir ailə olduğunu dilə gətirən futbolçu, dünən sərgilədiyi oyunla da ona güvənən insanları məyus etmədiyinə görə çox sevincli olduğunu bildirib və ələvə edib ki, sağlıqlı və yaxşı formada olması üçün daima Allaha dua edir. K.Kazım "Qalatasaray" tərəfdarlarının onun transferinə qarşı kəskin reaksiya göstərmələrinə də münasibət bildirib. Bu reaksiyanı daha çox onun "Qalatasaray"a "Fənərbaxça"dan transfer olunması ilə izah edən K.Kazım bidirib ki, bundan sonra atacağı möhtəşəm qollarla "com-bom" tərəfdarlarının sevimlisi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə