Yollarda xətlər və piyada zolaqları yenidən rənglənir

Yollarda xətlər və piyada zolaqları yenidən rənglənir

Bu gündən etibarən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işlərinə start verilib. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ilk olaraq sözügedən işlərə bu gün saat 11:00-dan Zaqulba prospektində başlanılıb. Prospektin hər iki istiqaməti üzrə aparılan rəngləmə işləri ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılır(Yol bağlanmır ). Rəngləmə işləri axşam saatlarınadək davam edəcək.

Axşam saat 22:00-dan etibarən isə yol cizgi və yol göstərici xətlərin, həmçinin piyada keçidlərinin yenidən rənglənməsi işləri Nəsimi rayonu Kövkəb Səfərəliyeva və Rixard Zorge küçələrində aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə dəhərəkət dayandırılmadan qismən məhdudlaşdırılma tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə