Xəbər verdiyimiz kimi,c \"Qarabağ\" klubu \"Fənərbaxça\", \"Sivassspor\" kimi komandaların formasını geyinmiş İlqar Qurbanovu mövsümün sonuna kimi heyətinə qatıb. Siasport.az saytı xəbər verir ki, futbolçu klubun rəsmi saytına verdiyi açıqlamasında \"Qarabağ\"la karyeramsında yeni səhifə açdığını bildirib: \"\"Qarabağ\"ın Azərbaycanda son 2 ildə etdiklərinə əlavə şərh verməyə ehtiyac yoxdur. Sevinirəm ki, \"Qarabağ\"da top qovacam. Bu, mənim üçün yeni bir çağırışdı. Uşaqların əksəriyyətini yaxşı tanıyıram. Komandada əla rəqabət var. Bu da inkişafımız üçün çox yaxşıdır. \"Qarabağ\"ın 90 faizi milli futbolçulardan qurulub. Belə yerdə oynamaq çox yaxşıdır. Sanki futbola yenidən başlayıram. Bu dərəcədə özümü istəkli hiss edirəm. Üstəlik, Qurban Qurbanov kimi məşqçiylə işləyəcəm. Bunun özü də bir stimuldur. İnşallah, keçidim hər iki tərəf üçün xeyirli olar\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB