Rafael Əmirbəyov yenidən \"Bakı\"nın heyətində

Rafael Əmirbəyov yenidən \"Bakı\"nın heyətində
\"Bakı\" futbol klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, yay transfer pəncərəsində \"Gəncə\"yə keçən və 6 ay müddətində bu komandanın formasını geyinən təcrübəli müdafiəçi Rafael Əmirbəyov yenidən \"Bakı\"nın heyətindədir.

Qarşılıqlı razılığa əsasən, Rafael Əmirbəyov mövsümün sonuna qədər \"Bakı\"nın idman şərəfini qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə