Ronaldo Messiyə qarşı üsyan etdi

Ronaldo Messiyə qarşı üsyan etdi

FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl Top Mükafatı"nın "Barselona"nın argentinalı futbol ulduzu Leonel Messiyə verilməsi dünya futbol klubrlarında fərqli söz-söhbətlərə yer açıb. Siasport.az saytı xəbər verir ki, "Real Madrid"in portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo bildirib ki, "Qızıl Top Mükafatı"na "Barselona"nın 3 ulduz futbolşusunun namizəd göstərilməsi ədalətsizlikdir. O bildirb ki, FİFA-nın ardıcıl olaraq bu mükafatı ikinci dəfə "Barselona"nın futbolçusuna verməsini başa düşmür: "Mən başa düşmürəm ki, niyə bu mükafata İlker Kasillyas namizəd göstərilmir? Axı o futbol göstəricilərinə görə başqalarından geri qalmır. O İspaniya yığması ilə Dünya Çempionluğunu qazandı və çempionatın ən yaxşılarından biri oldu. Onun kənarda qalması ədalətsizlikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə