Keçmiş baş məşqçi vitse-prezidentə ŞOK ittiham irəli sürdü - QALMAQAL

Keçmiş baş məşqçi vitse-prezidentə ŞOK ittiham irəli sürdü - QALMAQAL
\"Şuşa\"dakı qalmaqal barədə xəbər vermişdik. Məlumat üçün xatırladaq ki, klub rəhbərliyinin qərarı ilə iki futbolçu - Pərviz Şahbazov və Zaur Əliyev komandadan kənarlaşdırılmışdı. Bununla bağlı siasport.az saytına açıqlama verən klubun vitse-prezidenti Vusal Gözəlov isə baş verənlərə görə komadanın keçmiş baş məşqçisi Nadir Qasımovu ittiham etmişdi.

Məsələyə aydınlıq gətimək üçün Fanat İdman Agentliyi (fanat.az) Nadir Qasımovla əlaqə saxlayıb. N.Qasımov açıqlamasında vitse-prezidentə qarşı ağır ittihamlar səsləndirib: \"O, jurnalistikadan qovulub, indi istəyir ki, jurnalistikada etdiklərini vitse-prezident kimi etsin? Bu komanda mənim deyil. Məndən soruşanda ki, Nadir müəllim, bu komanda necə olacaq, demişəm mən \"Şuşa\" komandasını yaratmışam, ancaq özüm üçün yox. Qoy, orada kim işləyir-işləsin. Komandaya özüm getməmişdim, məni də göndərmişdilər. Fikir verin, bu günə kimi komandanın heyətinə kənar adamlar yoxdur. Hamısı mənim seçdiyim futbolçulardır. Kim nəyə görə gedir, kim nəyə görə qalır mənim bununla bağlı söz deməyə səlahiyyətim çatmır\".

Keçmiş baş məşqçi klubun vitse-prezidentinin ünvanına bəzi ittihamlar səsləndirdi. Baş məşqçinin işlətdiyi təhqiramiz sözlərin bir neçəsini jurnalist etikasını nəzərə alaraq yayımlamırıq: \"Onun haqqı yoxdur ki, mənim haqqımda elə fikir söyləsin. O, dünənki uşaqdır. Vüsal kimdir ki, mənim haqqımda belə danışır? Mən bu komandanı yaratdım, geyindirib-keçindirdim, sonra verdim türk \"qərdeşimizə\". Qoy indi türklər işlətsin. Yarım aydı oradan ayrılmışam. Vüsal kimdir ki, mənim adıma söz çıxardır. Mən \"Şuşa\" komandası üçün hər şey etdim. Onların hörməti bura qədər idi! 40 min pul tapmadılar ki, \"Şuşa\"ya himayədarlıq etsinlər. Bu gün başlayıblar başqa söhbətlər etməyə. Əlimdən gələni bu komanda üçün etdim, nəyə qadir idim onu da göstərdim. Mənim heç bir futbolçuya təsirim olmayıb. Hər futbolçunun öz seçimi var. Özləri bilərlər, gedərlər ya qalarlar\".

Qasımovun digər fikirlərinə münasibət bildirmək istəmirik. Nadir bəyin sadəcə bir fikrini - \"Mən \"Şuşa\" üçün hər şey etdim, nəyə qadir idim onu da göstərdim\" cümləsini xüsusi qabartmaq istərdik. Hər şeyi etdiyiniz komanda indi turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня