Qus Hiddink Azərbaycan məğlubiyyətini unuda bilmir

Qus Hiddink Azərbaycan məğlubiyyətini unuda bilmir

Deyəsən milli komandamıza məğlubiyyət Türkiyə yıgmasının baş məşqçisi Qus Hiddinkin yadından çıxmır. Siasport.az saytı xəbər verir ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində futbol üzrə yığmamızla eyni qrupda yer alan Türkiyə millisinin hollandiyalı baş məşqçisi Azərbaycana məğlubiyyətdən sonra səhv etməyin mümkünsüzlüyünü bir daha Türkiyə mətbuatı qarşısında bəyan edib. Qus Hiddink Türkiyə yıgmasının hələ də 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq şanslarının qaldığını dilə gətirib. Hollandiyalı mütəxəssis vurğulayıb ki, qrupda Almaniya və Azərbaycanla oyunlardakı məğlubiyyətlərdən sonra komandada ciddi dəyişikliklər edilib. Xatırladaq ki, oktyabrın 12-də Bakıda Azərbaycan – Türkiyə matçı millimizin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə