\"Rabitə\" pley-offa qrup birincisi olaraq çıxdı- CANLI

\"Rabitə\" pley-offa qrup birincisi olaraq çıxdı- CANLI

Qadın voleybolçulardan ibarət "Rabitə" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçını keçiriir. Komandamız Rumıniyanın "Dinamo-Romprest" klubunu qəbul edir. Matçı rusiyalı Viktor Markov və türkiyəli Bülənt Bozqurd idarə edir. Siasport.az saytı \"Sərhədçi\" Olimpiya Mərkəzində keçirilən qarşılaşmanın nəticəsini canlı yayımlayır.

Xatırladaq ki, bu komandalar arasında ilk qarşılaşma "Rabitə"nin xeyrinə başa çatıb (0:3). Onu da nəzərinizə çatdıraq ki, komandamız bu matçda qələbə qazanarsa, pley-off mərhələsinə qrupda birinci çıxacaq.

Qadın voleybolçular arasında Çempionıar Liqası

"Rabitə" (Azərbaycan) - "Dinamo-Romprest" (Rumıniya) 3:0 (25:18, 25:16, 25:14)

\"Sərhədçi\" Olimpiya Mərkəzi

İlk setdə voleybolçularımız oyun başlayandan az sonra üstünlüyü ələ aldılar. Komandamız rəqibdən üstün olduğunu asanlıqla nümayiş etdirir. Blokda yaxşı oyun göstərən rabitəçilər birinci seti 7 top öndə tamamladılar.

Komandamız ikinci setdə də böyük üstünlüklə qalib oldu. \"Rabitə\" "Dinamo-\"Romprest" bu dəfə daha da asan məğlub etdi. Belə ki, ikinci setdə komandamız rəqibə göz açmağa imkan verməyərək 9 top qabaq olub.

Üçüncü setdə \"Rabitə\" həqiqətəndə Rumıniya təmsilçisini meydana çıxmasına peşman etdi. Hərtərəfli üstünlük nümyiş etdirən qızlarımız matçın son setini 25:16 hesabı ilə qalib başa vurdular.

Beləliklə, Rabitə play-off mərhələsinə qrupda birinci olaraq çıxdı.

Bütün xəbərlər Facebook səhifəmizdə