İqlar Qurbanov "Qarabağ"da

"Qarabağ" klubu Antalyada 3-cü gününə qədəm qoyub. Siasport.az saytı xəbər verir ki, bu gün komandamnın bir məşqi baş tutub. Yüngül təmrinlər və qaçışın ardından komanda bütün meydan boyu texniki və taktiki xüsusiyyətləri özündə birləşdirən çalışma yerinə yetirib. Məşqin sonunda isə oyun olub. Emin, Aqolli və Samir özlərinə komanda qurublar və 3-lü turnir keçirilib. Daha çox təcrübəlilərdən qurulmuş Eminin komandası 1 qələbə və heç-heçəylə turnirin qalibi oub.

Artıq komandanın sonuncu legioneri Admir Teli də məşqlərə başlayıb. Komandanın düşərgəsinə bir gün gec qoşulan albaniyalı bu gün zədəli Rəşad Kərimovla ayrılıqda qaçaraq məşq etdiblər.

Bu gün komandaya eyni zamanda yeni futbolçu qoşulub. Azərbaycanın istedadlı futbolçularından sayılan İqlar Qurbanov mövsümün sonuna qədər "Qarabağ"lı olacaq. Son klubu "Mersin İdman Yurdu" olan 25 yaşlı yarımmüdafiəçi dünən gecə komandamının düşərgəsinə qoşulub və bu gün ilk məşqinə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə