Bakının \"İnter\" klubu bu gün Türkiyədə yoldaşlıq görüşü keçirəcək. Siasport.az saytı xəbər verir ki, Antalyada təlim məşq toplanışında olan paytaxt təmsilçisinin növbəti rəqibi Turkiyə Superliqasının debütantı "Karabükspor" komandasıdır. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xatırladaq ki, Antalyada təlim-məşq toplanıında olan komanda bundan əvvəl keçirdiyi üç yoxlama matçında "Manisaspor"la 0:0, "Kayserispor"la 3:3 heç-heçə edib, Qazaxıstanın "Taraz" komandasına 2:1 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB