Rüfət Fərzəliyev hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandı

Rüfət Fərzəliyev hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, komitə bu dəfə futzalçıları cəzalandırıb:

9 yanvar 2011-ci il tarixində futzal üzrə Azərbaycan I dəstəsinin "Azərneftyağ" – "Spartak" matçının 48-ci dəqiqəsində "Spartak" klubunun 14 №-li futzalçısı Rüfət Fərzəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 4 oyunluq cəzalanır (maddə 42.3).

9 yanvar 2011-ci il tarixində futzal üzrə Azərbaycan I dəstəsinin DST – PSL matçının 50-ci dəqiqəsində PSL klubunun 24 №-li futzalçısı Rüfət Quliyev nalayiq ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 3 oyunluq cəzalanır (maddə 42.1).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com