Real Madrid"in baş məşqçisi Joze Mourinyonun bu günlərdə Türkiyənin "Beşiktaş" klubuna transfer olan portuqaliyalı həmyerlisi Almeyda sevdası getdikcə artır. Siasport.az saytı xəbər verir ki, hətta kral kubunun "Villyareal"la keçiridiyi çempionat qarşılaşmasından sonra da soyunma otağında portuqaliyalı mütəxəssis "Real" rəhbərliyinə qarşı etirazların; bildirib.
"Mən heç nəyə lazım olmayan forvard deyil, Almeyda kimi hərəkətli bir futbolçu istəyirəm", - deyən J.Mourinyo, "Real" prezidentinin çox sevdiyi fransız futbolçu Kərim Benzemanı "Beşiktaş"da forma geyən Almeyda ilə dəyişməyi də təklif edib. O bildirib ki, "Real" rəhbərliyi ondan çempionluq tələb edirsə, onda bu oyunçu alınmalıdır. "Klub prezidentindən dəfələrlə bu oyunçunu istədim. Ancaq hər zaman mənə qarşı çıxdılar. Bütün yük Kriştianonun çiyinlərindədir. Mənə "Beşiktaş"dan Almeydanı gətirin!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB