Motokross üzrə Bakı şəhər birinciliyi keçirilib FOTOLAR

Motokross üzrə Bakı şəhər birinciliyi keçirilib FOTOLAR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Lökbatan qəsəbəsində gənclər arasında 125 sm3 həcmli motosikletlərdə motokross üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən SİA-ya verilən məlumata görə, yarışda MİF-nı təmsil edən 24 idmançı iştirak edib. Motokrossun yekun nəticələrinə əsasən, I yerə Valeriya Turin , II yerə Oleq Safonov, III yerə Orxan Abbasov layiq görülüb.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə