Avropa Voleybol Konfederasiyası (CEV) Konstantin Selinə yeni təyinat göndərib. SİA-nın məlumatına görə, Azərbaycan hakimi qadın komandaları arasında Avropa Liqasının "A" qrupunda ədaləti qoruyacaq. K.Selin Polşa-Albaniya oyununda köməkçi, Albaniya-Slovakiya və Slovakiya-Polşa matçlarında əsas hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, bu qrupda ilk dövrənin qarşılaşmaları Polşada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB