Ramin Musayev kuboku və qızıl medalları “Neftçala”ya təqdim edib FOTOLAR

Ramin Musayev kuboku və qızıl medalları “Neftçala”ya təqdim edib FOTOLAR

Futbol üzrə Azərbaycan I Divizionunun qalibi "Neftçala" klubuna qızıl medallar və kubok təqdim olunub. SİA-nın məlumatına görə, 26-cı turun "Neftçala" - "Energetik" (10-0) görüşündən sonra qalib komanda qızıl medallarına qovuşub. Kuboku və qızıl medalları qalibə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. R. Musayev "Neftçala"nı I Divizionun qalibi olması münasibəti ilə təbrik edib, kluba öz arzularını bildirib.
Mükafatlandırma mərasimindən fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə