Vaqif Cavadov: “Bu il əlimdən gələni edəcəyəm ki, əsas heyətdən kənarda qalmayım” - MÜSAHİBƏ
"Bakı"nın və milli komandamızın hücumçusu Vaqif Cavadov Antalya toplanışı öncəsi klubun rəsmi saytına fikirlərini bildirib. Siasport.az saytı futbolçunun müsahibəsini nəzərinizə çatdırır:
- Yeni ili evimdə ailəmlə birlikdə keçirdim.
2011-ci ildə bütün idmançılara yeni-yeni uğurlar, özümə isə zədəsiz
mövsüm arzu edirəm.
- Qış
tətilin necə keçdi?
- İstirahətim ürəyimcə oldu. Bir neçə yaxın dostumla Gürcüstanın
paytaxtı Tbilisiyə səfər etdim. Tətildə olduğum müddətdə dincəlməklə
bərabər hər gün məşq etməyi də unutmurdum.
- Milli
komandamızın Dubay toplanışı futbolçulara nə verəcək?
- Milli komandamızın Dubay toplanışı xüsusi
önəm daşıyır, çünki martdan oyunlarımız başlayır. Millinin üzvləri nə qədər
birlikdə çox olsalar, bu,
komanda üçün yaxşıdır. Toplanışın mənə və uşaqlara xeyirli olacağına
inanıram.
- "Bakı"
yanvarın 15-dən etibarən 21 gün ərzində Antalyada təlim-məşq toplanışı
keçirəcək...
- Antalya toplanışının komandamız üçün
xeyrli olacağını düşünürəm. İnanıram ki, yaxşı hazırlaşıb bu il uğurlu çıxış
edəcəyik. Ötən il heyətə düşməklə bağlı problemlər yaşadım. Bu il əlimdən
gələni edəcəyəm ki, əsas heyətdən kənarda qalmayım.
Mən Azərbaycana qayıdanda demişdim ki, "Bakı"ya
ehtiyatda oturmağa yox, oynamağa gəlmişəm. Əsas məqsədim Premyer Liqada ən
yaxşılardan biri olub, milliyə kömək etməkdir. Bunu sübut edəcəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB