Azərbaycan nümayəndə heyətinin ilkin qeydiyyatına dair iclas keçiriləcək
Mayın 16-19-da Madriddə "Rio-2016" Olimpiya Oyunlarına Azərbaycan nümayəndə heyətinin ilkin qeydiyyatı ilə bağlı iclas keçiriləcək. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi və Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər.
Tədbir çərçivəsində "Rio 2016"da iştirak edəcək ölkələrin nümayəndələrinin hazırlıq prosesi, idmançıların qeydiyyatı və digər məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB