"Bakı"nın yoxlama oyunları bəlli oldu

"Bakı"nın yoxlama oyunları bəlli oldu
"Bakı" klubu yanvarın 15-dən etibarən Antalyada 3 həftəlik təlim məşq toplanışı keçirəcək. Siasport.az saytı xəbər verir ki, komanda toplanış ərzində bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.

Komandanın ilk rəqibimiz Qazaxıstan təmsilçisi "FK Şaxtyor" (Karaqanda) klubu olacaq. Bu qarşılaşma 22 yanvar 2011-ci il tarixdə baş tutacaq.

4 gün sonra "Bakı" Ukrayna yüksək dəstəsində mübarizə aparan "Metallurq" (Zaporojye) klubu ilə qarşılaşacaq. Əldə olunan razılaşmaya əsasən, adıçəkilən oyun 26 yanvar 2011-ci il tarixdə "Susesi" otelinin stadionunda baş tutacaq.

Yanvar ayının 31-də daha bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu dəfə "Bakı"nın rəqibi Bosniya və Hersoqovinanın "NK Celik" klubu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə