İtaliya A Seriyasının və Çempionlar Liqasının son qalibi olan Milanın "İnter" klubu "Real Madrid" klubunda çıxış edən braziliyalı futbol ulduzu Kakanı heyətinə qatmaq üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, artıq klub rəhbərliyi kral klubunun qapısını sərfəli təkliflərlə döymək qərarına gəlib. İtaliyanın nüfuzlu idman nəşri olan "Corriere dello" qəzeti 28 yaşındakı braziliyanı icarə əsasında heyətinə qatmaq istəyən "İnter"in Kaka üçün bir neçə aparıcı futbolçusundan vaz keçməyə hazır olduğunu yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB