““Qalatasaray”da oynamaq mənə qürur verər”

““Qalatasaray”da oynamaq mənə qürur verər”

"Qalatasaray"a gəlmək istəyən daha bir əcnəbi qolkiper də məlum olub. Siasport.az saytı xəbər verir ki, Antalyada hazırlıqlarını davam etdirən Hollandiyanın məşhur futbol klublarından olan "AZ Alkmaar"ın argentinalı qapıçısı Romero, "Qalatasaray"a transfer olacağı ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb. O bildirib ki, "Qalatasaray" kimi məşhur bir klubda oynamaqdan və Hacı kimi mütəxəssislə çalışmaqdan məmnun olar: "Hazırda klubum və menecerim "Qalatasaray" nümayəndələri ilə danışıqlar aparırlar. Əgər razılaşsalar, "Qalatasaray"da oynamaq mənə qürur verər. Çünki Hacı kimi məşhur bir məşqçi "Qalatasaray"ın sükanı arxasındadır. Belə bir insanlada işləmək çox gözəldir".

Bütün xəbərlər Facebook səhifəmizdə