Diyeqo Maradona fevralda İngiltərəyə gedəcəyini təsdiqlədi

Diyeqo Maradona fevralda İngiltərəyə gedəcəyini təsdiqlədi

Deyəsən Argentina Milli Futbol Komandasının keçmiş baş məşqçisi, dünya futbolunun əfsanəvi futbolçusu Diyeqo Maradona tezliklə İngiltərə Premyer Liqasında peyda olacaq. Siasport.az saytı xəbər verir ki, bunu əfsanəvi futbolçunun özü təsdiq edib. D.Maradona, beynəlxalq konfransda iştirak edən zaman jurnalistlərə ingilis klularından biri ilə danışıqlar apardığını və artıq fevral ayında İngiltərəyə yollanacağını bildirib. "Fevral ayında İngiltərəyə gedəcəyəm və mənə rəsmi təklif göndərən klubun rəhbərliyi ilə danışıqlar aparacağam. Əgər məni razı salan şərtləri qəbul etsələr, o zaman mən də onların təkliflərini qəbul edə bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə