Dünən öz meydanında "Vilyarreal"la görüşən "Real Madrid" çətinliklə olsa da qələbə qazandı. Siasport.az saytı xəbər verir ki, əsas məsələ kral klubunun 4-2 hesabı ilə qalib gəldiyi oyunda portuqaliyalı ulduz Ronaldonun rəqib qapısına vurduğu 3 qol deyil, baş məşqçisi Joze Mourinyo ətrafında yaranan skandalla bağlıdır. Məsələ burasındadır ki, portuqaliyalı futbol mütəxassisi "Real"ın daha bir braziliyalı ulduzu Kakanın vurduğu qolun sevincini "Santyaqo-Bernabeu"da oturan oğlu ilə paylaşmaq istəyib. "Villyareal"ın ehtiyat oyunçular skamyasının arxasındakı tribunada oturan oğluna tərəf gedən və sevincini onunla bölüşən J.Maurinyo rəqib komandanın məşqçilərindən olan Canı tərəfindən hücuma məruz qalıb. Belə ki, Mourinyonun bu hərəkətini özləri üçün təhqir olaraq qəbul edən "Villyareal"lı məşqçi "Real Madrid"in baş məşqçisinə tərəf su şüşəsi atıb. Rəqib məçqçi bu hərəkətindən sonra hakim tərəfindən qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb. Joze Mourinyo isə 4-2 hesabı ilə qələbə qazandıqları oyundan sonra baş verənlərlə bağlı jurnalistlərə açıqlama verib: "And içərəm ki mən yalnız oğlumla qol sevincimi bölüşmək üçün o tərəfə getdim. Təəsüf ki, insanlar mənim hər hansı skandal yaratmağa çalışdıgımı zənn ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB