Boks üzrə millimizin yeni baş məşqçisi idmançılarla birlikdə ilk təlim-məşq toplanışına hazırlaşır

Boks üzrə millimizin yeni baş məşqçisi idmançılarla birlikdə ilk təlim-məşq toplanışına hazırlaşır

Boks üzrə milli komandamız Balakənə təlim-məşq toplanışına yollanıb. Siasport.az saytı xəbər verir ki, fevralın 8-14-də Macarıstanda keçiriləcək beynəlxalq turnirə hazırlaşan komandamız 15 gün Balakən Olimpiya Kompleksində hazırlıq keçəcək. Bu həm də yığma komandanın yeni baş məşqçisi Yevgeni Kotovun boksçularla ilk toplanışı olacaq. Balakənə son Azərbaycan çempionatında 1-2-ci yeri tutan idmançilar və WSB liqasında "Baku Fires" klubunun heyətində yer alan 8 yerli boksçu aparılıb.

Qeyd edək ki, Yevgeni Kotov bundan sonra yalnız milli komandaya rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə