Bakı şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər kuboku keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Bakı şəhərində yerləşən 8 idman cəmiyyəti və klublarını təmsil edən 136 idmançı (onlardan 47-i qadın) iştirak edib.
Yarış atletika idman növünə daxil olan 60, 200, 400, 800, 1500 və 3000 m məsafəyə qaçış, 60 m sədlərlə qaçış, 4x200 m məsafəyə qaçış, estafet qaçışı, şüvüllə, hündürlüyə, uzunluğa və üçtəkanla tullanma, eləcə də yadro itələmə növləri üzrə təşkil olunub.
Kişilər arasında yarışda hündürlüyə tullanmada I yerə Azər
Əhmədov(Neftçi İSM),uzunluğa tullanmada Həbib Xasanov (Neftçi İSM), 200 m
məsafəyə qaçışda Bulıçev Valentin (Neftçi İSM), 3000 m məsafəyə qaçışda Cavid
Abdullayev (Neftçi İSM), 800 m məsafəyə qaçışda Anar Yusifov(Neftçi İSM), yadro
üzrə Tofiq Məmmədov (Təhsil RİM), şüvüllə tullanmada Ceyhun Hüseynov (Neftçi
İSM), 60 m sədlərlə qaçışda Rahib Məmmədov (Ümid İK), 1500 m məsafəyə qaçışda
Cavid Abdullayev (Neftçi İSM), üçtəkanla tullanmada Murad İbadullayev (Atletika
İK), 60 m məsafəyə qaçışda Ruslan Abbasov (Neftçi İSM), 400 m məsafəyə qaçışda
Hakim İbrahimov (Neftçi BTİ), 4x200 m estafet qaçışında Neftçi İSM komandası
layiq görülüb. Qadınlarda isə hündürlüyə tullanmada I yerə Birynkova Aleksandra
(BTİ), uzunluğa tullanmada Yekaterina Sarıyeva (Atletika İK-BTİ), 200 m
məsafəyə qaçışda Setina Alyona (Ümid İK), 800 m məsafəyə qaçışda Mahirə İsmayılova
(Neftçi İSM), yadro üzrə Raqnetta Qurbanova (Təhsil RİM), şüvüllə tullanmada
Ayşə İsmayilova (Təhsil RİM), 1500 m məsafəyə qaçışda Zəhrəddinova Yana (Məhsul
İC), üçtəkanla tullanmada Yekaterina Sarıyeva (Atletika İK-BTİ), 60 m məsafəyə
qaçışda Alyona Setina (Ümid İK), 400 m məsafəyə qaçışda Mahirə İsmayılova
(Neftçı İSM), 4x200 m estafet qaçışında Ümid İK komandası layiq görülüb.
Yarışda hər növ üzrə I, II və III
yerləri tutmuş idmançılar baş idarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla
və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB