Hərəkət məhdudlaşdırılıb Sürücülərin nəzərinə

Hərəkət məhdudlaşdırılıb Sürücülərin nəzərinə

Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasında Formula 1-ə dəstək yarışlarından olan GP2 yarışları da baş tutacaq. Əməliyyat Şirkətindən SİA-ya verilən məlumata görə, Hökümət Evinin arxa tərəfində bu yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib.

Bu səbəbdən Üzəyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti mayın 12-dən iyunun 21-dək qismən məhdudlaşdırılıb. Belə ki, yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlıdır və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilmir. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə