"Qalatasaray" rəhbərliyi komandanı gücləndirmək üçün tam gücü ilə hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, lazım olan futbolçuları almaq üçün bir sıra adlı-sanlı klublarla rəqabətə başlayan "cim-bom" artıq öz qapısını qoruyacaq etibarlı qolkiper tapıb. Bundan əvvəl italyan Morgan Da Sançes və Leo Frank ilə istədiyini tapa bilməyən, ən əsası isə qapısnın etibarlılığnı təmin edə bilməyən "Qalatasaray" hazırda heyətdə olan qapıçılar Üfüqlə Aykutdan da yararlana bilmir. "Cim-bom" indi də üzünü Diyeqo Maradonanın vətəninə çevirib. Məsələ burasındadır ki, komanda rəhbərliyi mövsümün ikinci yarısından etibarən qapısını toxunulmaz saxlamaq və heç olmazsa Türkiyə kubokunu başı üzərinə qaldırmaq üçün Argentina yığmasının qolkiperi Serxio Romero ilə müqavilə imzalamağa hazırlaşır. Artıq klub rəhbərliyi bu məsələ ilə bağlı danışıqları intensivləşdirib. Xatırladaq ki, İstanbul nəhəngi uzun illər Taffarel və Mondragon kimi keyfiyyətli qapıçılar hesabına qolkiper problemi yaşamamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB