Siasport.az-ın xəbəri təsdiqləndi!

Siasport.az-ın xəbəri təsdiqləndi!

"Şuşa" klubuna yaxın mənbələrdən aldığımız məlumata görə, komandanın heyətinin artıq müəyyənləşdirildiyini və seçilmiş futbolçuların adlarını yayımlamışdıq. Bu barədə klubun vitse-prezidenti Vüsal Gözəlov siasport.az saytına açıqlama verərək məlumatın düzgün olduğunu bildirib. Belə ki, V.Gözəlov klubun rəhbər şəxslərinin bir araya gələrək baxışda olan və komandanın öz futbolçularının performanslarını müzakirə etdiklərin və komandada qalacaq futbolçuların dəqiq siyahısının tərtib olunduğunu bildirib. O, qalan bütün futbolçularla vidalaşdıqlarını qeyd edib. Vitse-prezident həmçinin qeyd edib ki, "Şuşa" türkiyəli qapıçı, 26 yaşlı Orçun Arslanla da 3 illik müqavilə bağlayıb. Onun sözlərinə görə, son klubu "İspartaspor" olan futbolçu daha öncə "Orduspor"da 4 il çıxış edib və komandanın kapitanı olub.

"Şuşa"nın heyətini və futbolçuların oynadığı son klubları bir daha nəzərinizə çatdırırıq:

Çərkəz Həsənov - MKT-Araz

Rəşad Heydərov - "Şuşa"

Orçun Arslan – "İspartaspor" ("Orduspor"un qapıçısı və kapitanı olub)

Anar Hacıyev - MKT-Araz

Rəvan Teymurov - "Ədliyyə"

Vüsal İsmayılov – "Muğan"

Elman Ağaverdiyev – "Karvan"

Rauf Məlikov – "Şuşa"

Fərid Quliyev – "Muğan"

Erik Obidiçe – "Şuşa"

Firdovsi Hüseynov – "Şuşa"

Rəcəb Mahmudov –

Əbdül Əliyev – "Şuşa"

Hasan Özkan –

Zaur Əliyev - MKT-Araz

Hüseyn Gönen – "Kocaelispor"un əvəzedici komandası

Mətləb Əvəzov – "Şuşa"

Pərvin Şahbazov – "Şuşa"

Cavid Musayev – "Neftçi"

Kamran Məmmədov – "Şahdağ"

Cahid Şirinov – "Neftçi"

Hüseynəli Novruzov – "Karvan"

İlhami Fərzəliyev – "Qarabağ"

Bütün xəbərlər Facebook səhifəmizdə