Bu gün Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının 3-cü turu çərçivəsində "D" qrupunda yer alan İspaniya və İtaliya milliləri qarşılaşıb. SİA-nın məlumatına görə, Suraxanı qəsəbə stadionunda qarşılıqlı hücumlar şəraitində keçən matçda çempionatın güclü komandalarından hesab edilən İspaniya yığması 4:2 hesabı ilə qalib gəlib.
Çexiyalı baş hakim Petr Ardeleanunun idarə etdiyi görüşdə İspaniyanın heyətində Brahim Dias (44), Fransisko Qarsiya (59), Abel Ruiz (76) və Pol Lozano (81) fərqləniblər.
İtaliyalı mütəxəssis Alessandro Dal Kantonun komandasında isə qolları 65-ci dəqiqədə Marko Olivyeri və 72-ci dəqiqədə Andrea Pinamonti vurublar.
Qeyd edək ki, oyunda 4-cü hakim funksiyasını həmyerlimiz Asim Xudiyev yerinə yetirib.
Beləliklə, 3 turdan sonra İspaniya 7 xalla "D" qrupunun lideri kimi "UEFA U-17" Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB