Bu gün \"Neftçi\" klubunun Türkiyənin Antalya şəhərində ilk təlim-məşq toplanışı başlayır. Siasport.az saytı xəbər verir ki, buna görə də artıq legioner futbolçular da komandanın düşərgəsinə qoşulublar. Yalnız \"Neftçi\"nin makedoniyalı futbolçuları – İqor Mitreski və Slavço Georgievski Avropada pis hava şəraiti üzündən avtomobil vasitəsilə Bolqarıstana, oradan isə Sofiya-İstanbul-Antalya təyyarə reysi ilə Türkiyədə komandanın düşərgəsinə qoşulacaqlar. Zədəlilərdən həm özbəkistanlı forvard Bahodir Nasimov, həm də litvalı qapıçı Paulius Qribauskas hazırda vətənlərində müalicə olunurlar. Nasimov yanvarın 22-də \"ağ-qaralar\"a qoşularaq, komandanın ikinci təlim-məşq toplanışında iştirak edəcək. Flaqmanın digər üzvləri ilə yanaşı, Ruslan Əmircanov da \"Neftçi\"nin Antalyada olacaq ilk təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, \"Neftçi\"nin heyəti bu gün 05:25-də Bakı-İstanbul-Antalya təyyarə reysi ilə yola düşüb. Komanda \"Titanik\" mehmanxanasında məskunlaşacaq. Flaqman yanvarın 19-da \"Rubin\"lə yoldaşlıq oyunu keçirəcək. İlk təlim-məşq toplanışı yanvarın 20-də başa çatacaq.
\"Neftçi\"nin ikinci təlim-məşq toplanışı da Antalyada baş tutacaq. Komanda yanvarın 24-dən fevralın 4-dək \"Mardan\" İdman Kompleksində yerləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB