\"Qarabağ\" bu gün Antalyada məşqə çıxacaq

\"Qarabağ\" bu gün Antalyada məşqə çıxacaq

\"Qarabağ\" klubu artıq Antalyadadır. Siasport.az saytı xəbər verir ki, qış fasiləsindən yararlanmaq üçün qardaş ölkəyə yollanan komanda 28 günlük təlim-məşq toplanışı keçməyi planlaşdırır. Dünən komanda saat 13:00-dan Bakıdan hərəkət edərək Bakı – İstanbul – Antalya reysiylə Türkiyəyə yollanıb. Yerli vaxtla 20:00-da məskunlaşacaqları \"İC Santai\" otelinə çatan \"Qarabağ\" həmin gün istirahət edib, bu gündən isə məşqlərə başlayacaq.

Nəzərinizə çatdıraq ki, Ağdam təmsilçisinin legionerləri dünən gecə komandamının düşərgəsinə qoşulublar.

Bu gün \"Qarabağ\"ın 2 məşqi nəzərdə tutulub. Komandanın ilk məşqi yerli vaxtla saat 11:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə