“Liverpul”a geri döndüyüm üçün şanslıyam”

“Liverpul”a geri döndüyüm üçün şanslıyam”

"Liverpul"un yeni baş məşqçisi Kenni Dalqliş komandanın tərəfdarlarının ondan dərhal müvəffəqiyyət gözləmələrinin yanlış olduğunu dilə gətirib. Siasport.az saytı xəbər verir ki, komandanın keçmiş baş məşqçisi Roy Hodqsonun istefasından sonra müvəqqəti olaraq "Liverpul"un sükanı arxasına gətirilən Kenni Dalqliş "Liverpul"un gələcəyi ilə bağlı bir sıra fikirlər səsləndirib. "Liverpul"un rəsmi saytına açıqlama verən Dalqliş etiraf edib ki, müvəqqəti də olsa "Liverpul"un baş məşqçisi postunda əyləşmək onun üçün möcüzəli bir qurur hissidir: ""Liverpul"a geri döndüyüm üçün şanslıyam. Mövsümün sonuna qədər də olsa "Liverpul"da olmaq mənim üçün qürurvericidir. Azərkeşlərimizin həyəcanlı olduqlarını bilirəm. Bu həyəcan bir az da olsa sakitləşməlidir. Həyəcanı hər kəs üçün müsbətə çevirəcəyimizdən əmin olmalıyıq. Ən əsası isə, birikdə komandamızın qarşıdakı oyunlarda necə qələbə qazanacağını düşünməliyik. Əlimdən gələni edəcəyəm ki "Liverpul" bu vəziyyətdən çıxa bilsin. Bu vəziyyət "Liverpul"a heç cür yaraşmır\".

Bütün xəbərlər Facebook səhifəmizdə