Əziz Yıldırım: "2011-ci il bizim ilimiz olacaq"

Əziz Yıldırım: "2011-ci il bizim ilimiz olacaq"

Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım, rəhbərlik etdiyi klubdan idmanın bütün sahələri üzrə həm Türkiyədə, həm də Avropada müvəffəqiyyətlər gözlədiklərini bildirərək, 2011-ci ilin "Fənərbaxça"nın ili olacağını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, Əziz Yildırım digər idman sahələrində olduğu kimi, futbol sahəsində də Türkiyədə uğur qazanmaq və 2011-ci ildə çempionluğu əldə etmək üçün böyük potensiala və qüvvəyə malik olduqlarını dilə gətirib. O bildirib ki, bu məsələdə Türkiyədə heç kəs onlarla rəqabət apara bilməyəcək: ''Hazırda Türkiyə Superliqasının ən keyfiyyətli futbolçuları bizdə yer alırlar. Amma təəsüf ki "Fənərbaxça" turnir cədvəlində arzu etmədiyimiz bir nöqtədə yer alır. Amma ikinci dövrədən var gücümüzlə çalışacağıq ki, xal fərqini aradan qaldıraq. Heç şübhəsiz ki, bunun üçün ikinci dövrənin ilk oyunlarında göstərəcəyimiz futbol performansı da çox böyük əhəmiyyət daşıyır. Mən komandama güvənirəm. Çempionatın sonuna qədər hakim səhvləri keçirəcəyimiz oyunların nəticəsinə təsir etməzsə, Türkiyə çempionluğunu qazanmamağımız üçün heç bir səbəb yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə