Futzal yarışının qalibi müəyyənləşib

Futzal yarışının qalibi müəyyənləşib

Dövlət Gömrük Komitəsinin (DGK) yaradılmasının 24-cü ildönümü münasibətilə DGK-nın strukturuna daxil olan qurumlar arasında keçirilən ənənəvi futzal yarışına yekun vurulub. SİA-nın məlumatına görə, ABU Arenada keçirilən yarışın təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin olunmasıdır.

Yarışda dörd mərhələ üzrə iki qrupda 14 komanda birincilik uğrunda mübarizə aparıb. Final oyununda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası Bakı Baş Gömrük İdarəsinin komandası ilə qarşılaşıb. Oyun Naxçıvan gömrükçülərinin 8:1 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yer uğrunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Hava Nəqliyyat Baş Gömrük İdarəsinin komandaları üz-üzə gəliblər. Bu mübarizədən isə 3:1 hesabı ilə Hava Nəqliyyat Baş Gömrük İdarəsinin komandası qalib ayrılıb.

İlk üç yeri tutmuş komandalar müvafiq diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə