Millimiz İtaliya yığmasına qalib gəldi

Millimiz İtaliya yığmasına qalib gəldi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirdə çıxışını başa vurub. Siasport.az saytı AFFA-ya istinadən xəbər verir ki, bu gün 7-ci yer uğrunda keçirilən qarşılaşmada futbolçularımızın rəqibi İtaliya yığması olub. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Ruslan Cəfərov və Aleksandr Qross fərqlənib. Oyunun əsas vaxtı heç-heçə başa çatdığı üçün turnirin Əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyası vasitəsilə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən yığmamız ümumi nəticədə 7:5 hesabı ilə qələbə qazanıb. Oyunsonrası penalti seriyasında Kərim Diniyev, Mehdi Rəsulov, Aleksandr Qross, Emin İbrahimov və Ruslan Tağızadə zərbələri sərrast vurublar. İtaliya yığmasında isə Qreqorio Luperininin zərbəsindən sonra top qapının üstündən keçib.

İtaliya U-19 – Azərbaycan U-19 2:2 (3:5 – pen.)

9 yanvar 2011-ci il. Sankt-Peterburq, İdman Konsert Kompleksi. 300 tamaşaçı

Baş hakim: Dmitri Vesyolov

Baş hakimin köməkçiləri: Anton Silkin, İqor Suxaryonok

Dördüncü hakim: Viktor Budanov

(Hakimlər briqadası Rusiyadandır)

Sarı vərəqələr: Daniele Abraççiante, 60, Monakello Qaetano, 83 // Ruslan Cəfərov, 18, Ruslan Tağızadə, 36, Azər Abbasov, 80

Qollar: Emmanuello Simone, 6, Valerio Verre, 67 – pen. // Ruslan Cəfərov,6, Aleksandr Qross, 72

İtaliya

12. Alessio Kranyo

(1. Matteo Riççi, 70)

2. Andrea Konti

16. Flavio Çiançi

(15. Rikkardo Fokesato, 85)

13. Luka Piana

6. Daniele Ruqani

4. Simone Pasa (k)

(5. Qreqorio Luperini, 67)

8. Valerio Vere

14. Emmanuello Simone

18. Daniele Abraççiante

(11. Qaetano Monakello, 78)

7. Lorenso Tassi

(10. Cüzeppe Fornito, 55)

17. Matteo Kolombi

(9. Matti Madjio, 34)

Baş məşqçi: Paskuale Salerno

Azərbaycan

1. Rəşad Əzizov

3. Azər Abbasov

5. Kərim Diniyev

6. Ruslan Tağızadə (k)

7. Nurlan Novruzov

(10. Emin İbrahimov, 78)

8. Akif Tağıyev

(20. Mehdi Rəsulov, 88)

11. Rizvan Umarov

14. Ruslan Cəfərov

17. Aleksandr Qross

9. Elşən Abdullayev

18. Fuad Bayramov

Ehtiyat oyunçular:

12. Emil Balayev

4. Tural Hümbətov

15. Elçin Hüseynov

16. Ruslan Bədəlov

19. Məqsəd İsayev

Baş məşqçi: Vəli Qasımov

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com